Əliyev yol tikintisinə 8 milyon manat ayırdıbackend

Əliyev yol tikintisinə 8 milyon manat ayırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev Ağcabədi rayonunun Hacıbədəlli-Pərioğlular-Təzəkənd avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

TİA.AZ xəbər verir ki, 8 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Hacıbədəlli – Pərioğlular – Təzəkənd avtomobil yolunun tikintisi məqsədi ilə dövlət büdcəsindən 8,0 (səkkiz) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.