Doğulduğu gündə şəhid oldu (VİDEO)backend

Doğulduğu gündə şəhid oldu (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Dünyaya gəldiyi tarixdə çox sevdiyi vətənin azadlığı uğrunda vuruşaraq qələbə qazanıb dünyadan köçmək, Tanrı dərgahına ucalmaq… Sübhan Cəbrayılovun taleyinə hərbçi olmaq yazılıbmış. Çox sevib vətənini. Şəhid olmaq ən böyük arzusu olub. Allah da onu arzusuna çatdırıb. Doğulduğu gündə – oktyabrın 23-də şəhidlik zirvəsinə yüksəlib.
 
TİA.AZ xəbər verir ki, baş gizir Sübhan Cəbrayılov Füzulidən Qubadlıyacan döyüşüb. Zəngilan işğaldan azad edildikdən sonra Qubadlı uğrunda döyüşlərə qatılıb. Elə bu döyüşlərdə də şəhid olub.