Direktorun ad gününə pul yığan müəllimə CƏZALANDIRILDI – VİDEObackend

Direktorun ad gününə pul yığan müəllimə CƏZALANDIRILDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeron rayonu Novxanı kəndində yerləşən Mehdi Hüseynzadə adına 1 nömrəli məktəbin direktoru Taliyə Mirzəyevanın rüşvətlə bağlı səs yazısının araşdırmaları sona çatıb.

Abşeron Regional Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Səbinə Məmmədova Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrdə Novxanı kənd 1 nömrəli tam orta məktəblə bağlı yayılan səs yazısı ilə əlaqədar araşdırma aparılıb:

“Məlum olub ki, 2021-ci ilin dekabr ayında Novxanı kənd 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəlliməsi Əmirova Aytən Hacı qızı şagirdlərə məktəbin direktoru Taliyə Mirzəyevanın ad günü üçün müəyyən vəsait toplanmalarını tapşırıb.

Məsələ ilə bağlı sözügedən məktəbin direktoru və müəlliməsindən izahat alınıb. Direktor izahatında məlum hadisədən məlumatsız olduğunu bildirib. Müəllimə Əmirova Aytən Hacı qızı barəsində isə müvafiq ölçü götürülüb”.