“Ölkə.Az” xəbər verir ki, deputat bu fikrini Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, çox istərdim ki, Milli Məclis nəhayət öz funksional fəaliyyət çərçivəsinə qayıtsın.
O bildirib ki, dünyanın heç bir ölkəsində bələdiyyə parlamentə hesabat vermir:
F. Mustafa təklif edib ki, 27 və ya 28 apreldə Milli Məclisin növbəti iclası keçirilsin: “Müstəqil dövlətimizin süqutunun 100 illiyinə münasibət bildirməliyik. Heydər Əliyev də bəyan edib ki, biz işğal nəticəsində müstəqilliyimizi itirmişik”.
Məsələyə aydınlıq gətirən Milli Məclisin aparat rəhbəri Səfa Mirzəyev deyib ki, bələdiyyələr parlamentdə hesabat vermir: “Hesabatı bələdiyyələrin fəaliyyətinə nəzarət edən Ədliyyə Nazirliyi verir. Ədliyyə Nazirliyi də sadəcə olaraq görülən işlər və qarşıda duran məsələlər, problemlər haqqında məlumat verir. Bu da qanunvericiliyə zidd deyil”- S. Mirzəyev bildirib.