Demokratiyanın və Milli Dəyərlərin Təbliği İB Hərbi Qənimətlər parkında tədbir keçirdibackend

Demokratiyanın və Milli Dəyərlərin Təbliği İB Hərbi Qənimətlər parkında tədbir keçirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Demokratiyanın və Milli Dəyərlərin Təbliği İB-nin fəaliyyət planına uyğun olaraq Zəngilan rayonu 13 nömrəli tam orta məktəbdə “Zəfər tarixi ilə bağlı mədəni tədbirlərin təşkili” layihəsi çərçivəsində Hərbi Qənimətlər Parkında tədbir  təşkil etdi.

 

TİA.AZ xə\bər verir ki,İB sədri Əli Cəfərov tədbiri açıq elan etdi. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başladı. Sonra Əli Cəfərov bildirdi ki, layihə Azərbaycan Respublikası QHT Dövət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. O, bir daha Agentliyə öz təşəkkürünü bildirdi. Daha sonra Əli Cəfərov bunları söylədi:

 

”Layihənin həyata keçirilməsində əsas məqsəd mövzunun ana xəttini istisnasız olaraq təşkil edən vətənpərvərliyin təbliği, Zəfər tariximizin təfsilatlı şəkildə sizlərin və digər yaş qrupundan olan vətəndaşlarımızın şüurunda daha da möhkəmlənməsinə nail olmaqla yanaşı,  yüksək intellektual potensiallı Azərbaycan gəncliyinin yetişdirilməsi prosesinə təkan vermək, vətənpərvərlik ideologiyasından istifadə etməklə daxili aləmlərinizdə böyük yaradıcı potensialları gizlənən şagirdlərin fitri qabiliyyətlərinin üzə çıxarılması üçün münbit şəraitin yaranmasında vasitəçi olmaq, innovativ resurslardan istifadə edərək haqq işimizi, Qarabağdakı Zəfərimizi və bu zəfəri zərurətə çevirən amilləri faktların dili ilə ölkəmizdə və dünya arenasında müdafiə edə biləcək Azərbaycan vətəndaşlarının yetişdirilməsi prosesinin iştirakçısına çevrilməkdən ibarətdir”.

 

Sonra uşaqlar təlimçi Həqiqət müəllimənin və məktəb rəhbərliyinin müşaiət ilə Hərbi Qənimətlər Parkını ziyarət etdilər. Sonra Həqiqət müəllimə uşaqlara Hərbi Qənimətlər Parkı və 44 günlük vətən savaşı haqqında geniş məlumat verərək bildirdi ki, uşaqlar siz bilirsiniz 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsidir. Bu tarix xalqımızın qürur tarixidir. 44 gün ərzində Azərbaycan ordusu 30 il torpaqlarımızı talayan düşmən ordusunu və onlara məxsus döyüş texnikasını məhv etdi. Şanlı ordumuzun əsgərləri düşmənin vaxtı ilə öyündüyü silah və texnikalarını hərbi qənimət kimi Bakıya gətirdilər. Azərbaycan Respublikası Prezdentinin göstərişi ilə yaradılan Hərbi Qənimətlər Parkı 12 aprel 2021-ci ildə prezdent İlham Əliyevin iştirakı ilə açılmışdır. Bu park ikinci Qarabağ müharibəsində qazanılan zəfərin memarlıq və qəhrəmanlıq kompleksidir. Hərbi Qənimətlər Parkının yaradılmasında məqsəd Azərbaycan ordusunun qələbəsini, kimlərəsə  arxalanan , qorxaq düşmənin isə məğlübiyyətinin göstəricisidir. Hərbi Qənimətlər Parkı Azərbaycan xalqı və onu dəstəkləyən dost ölkələr üçün bir qürur yeridir, ermənilər üçün isə göz dağıdır. Müharibədən əvvəl ermənilər belə bir fikir söyləmişdilər kı, tezliklə tanklarımız Bakı küçələrində olacaq. Bəli, bu gün erməni tankları, piyada döyüş maşınları, digər texnika və silahları Bakıdadır. Və onlar ermənistanın məğlubiyyətinin , Azərbaycanın isə zəfərinin nümayişidir.

 

Sonra şagirdlərdən Novruzov Rəhman, Nəsənova Zəhraxanım, Dəmirzadə Fidan və Əli Cəfərzadə vətənpərvərlik mövzusunda seir söylədilər.

 

Tədbirdə məktəbin direktoru Şəhla xanım Həsənova, müavin Səmədova Aynur, tərbiyyə işləri üzrə müavin Rəsulova Aytən və digər müəllimlər iştirak edirdilər.