Cavanşir Məmmədov vəfat etdibackend

Cavanşir Məmmədov vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əməkdar artist Cavanşir Məmmədov vəfat edib.

Tribunainfo.az-ın Axşam.az-a istinadən məlumatına görə, müğənni bu gün qəfil ürəktutmasından dünyasını dəyişib.

Xəbəri Axşam.az saytına onun duet ortağı Firuzə İbadova təsdiqləyib.

Qeyd edək ki, Cavanşir Məmmədov 1954-cü ildə musiqiçi ailəsində anadan olub. O, sənətə gəldiyi ilk vaxtlarda qarmon ifaçısı olsa da, sonradan müğənnilik etməyə başlayıb.

C.Məmmədov 2005-ci ildə “Əməkdar artist” fəxri adına layiq görülüb.