Birinci vitse-spiker: ATƏT-in Minsk qrupunu bizə sırıdılarbackend

Birinci vitse-spiker: ATƏT-in Minsk qrupunu bizə sırıdılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1994-cü ildə bizə ATƏT-in Minsk qrupunu sırıdılar. Əgər BMT qətnamələri yerinə yetirilməyəcəksə, ATƏT-in Minsk qrupu nəyə lazımdır? Biz müharibə istəmirik. Ancaq nə qədər gözləməliyik?

TİA.AZ  məlumat verir ki, bunu bu gün Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasının ikinci sessiyasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar, mövcud vəziyyət mövzusunda çıxış edən birinci vitse-spiker Ziyafət Əsgərov bildirib.

Z. Əsgərov deyib ki, Dağlıq Qarabağda Azərbaycanın suverenliyi bərpa olunmalıdır:

“Avropanın ədaləti, demokratiyası budurmu? Bu sualı mənə dəfələrlə seçicilər də ünvanlayıb”.