“Barselona” Nelson Mandelanın 100 illiyi münasibətilə yoldaşlıq görüşü keçirəcəkbackend

“Barselona” Nelson Mandelanın 100 illiyi münasibətilə yoldaşlıq görüşü keçirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyanın “Barselona” klubu Cənubi Afrika Respublikasında (CAR) yoldaşlıq görüşü keçirəcək.

“Report”un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşılaşma CAR-ın mərhum prezidenti Nelson Mandelanın 100 illik yubileyi münasibətilə təşkil ediləcək. Rəqib isə ölkə çempionu “Mamelodi Sandaunz” komandası olacaq. Görüş mayın 16-da Yohannesburq şəhərindəki “Fest Naşenal Bank” stadionunda keçiriləcək. Bu arenada 2010-cu ildə dünya çempionatının final matçı baş tutub.

Qeyd edək ki, “Barselona” bu mövsüm vaxtından əvvəl İspaniya çempionu olub. “Mamelodi “Sandaunz”da “Qarabağ”ın maraq dairəsində olan Xama Billiat da çıxış edir.