Azərbaycanın vergi qanunvericiliyinə dəyişikliklər paketi hazırlanıbbackend

Azərbaycanın vergi qanunvericiliyinə dəyişikliklər paketi hazırlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Vergilər Nazirliyi 2019-cu il üçün vergi qanunvericiliyinə dəyişikliklər paketi hazırlayıb.
TİA.AZ  “Report”a istinadən xəbər verir ki, bunu Bakıda keçirilən II Maliyyə və İnvestisiya Forumunda (FIF-2018) nazirliyin nümayəndəsi Nicat İmanov deyib.
“Ötən il vergi qanunvericiliyi dəyişmədi. Böyük dəyişiklik üçün bir il gözlənilməlidir. Beləliklə, 2019-cu il üçün dəyişikliklər paketi hazırlanıb”, – deyə o, qeyd edib.
Bundan başqa, N.İmanovun sözlərinə görə, Azərbaycanda uçotun təkmilləşdirilməsi Vergilər Nazirliyinin əsas məqsədlərindən biridir: “Bu il vergi ödəyicilərinin hüquqlarının qorunması baxımından tədbirlər həyata keçiriləcək. Həmçinin vergi nəzarətinin sərtləşdirilməsi nəzərdə tutulur. Sahibkarlar vergi öhdəliklərini düzgün yerinə yetirmədikdə sanksiyalarla üzləşəcəklər”.