Azərbaycan Sığortaçılar Assosiasiyası üzvlük haqlarını yığa bilmirbackend

Azərbaycan Sığortaçılar Assosiasiyası üzvlük haqlarını yığa bilmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Müşahidə Şurasının (MŞ) görüşü keçirilib.

“Report” ASA-ya istinadən xəbər verir ki, görüşdə qurumun sədri Mustafa Abbasbəyli, MŞ-nın üzvü olan sığorta və təkrarsığorta şirkətlərinin rəhbər şəxsləri iştirak edib.

Tərəflər sığorta vasitəçilərinin Assosiasiyaya üzv olduqlarını nəzərə alaraq qurumda onlara aid məsələlərlə məşğul olacaq Vasitəçilər Komitəsinin yaradılmasına qərar veriblər. Bununla yanaşı, görüşdə ASA-ya üzv şirkətlərin üzvlük haqlarını vaxtında ödəməməsi də müzakirə edilib, onlara bu məsələnin işgüzar nüfuzlarına xələl gətirdiyi deyilərək qısa müddətdə ödəniş etmələri tövsiyə olunub.