Azərbaycan prezidenti: “Ölkəmizdə iqtisadi inkişaf tam təmin edilib”backend

Azərbaycan prezidenti: “Ölkəmizdə iqtisadi inkişaf tam təmin edilib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Xızıya içməli suyun verilməsi əlamətdar hadisədir”.

TİA.AZ-ın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev bunu bu gün “Xızı şəhərində və Altıağac qəsəbəsində içməli su təchizatı sistemlərinin yenidən qurulması və kanalizasiya şəbəkəsinin yaradılması” layihəsinin yekunlaşması ilə bağlı keçirilən mərasimdə ictimaiyyət nümayəndələri ilə görüşdə bildirib.

Dövlət başçısı deyib ki, belə layihələrin reallaşdırılması ölkədə sosial sahədə aparılan uğurlu islahatların göstəricisidir: “Xızıda sosial məsələlər həll edilib. Qazlaşma, elektrik enerjisi təchizatı, kənd yollarının çəkilməsi kimi layihələr uğurla icra olunur. Kənd təsərrüfatının inkişafı və yeni suvarılan torpaqların istifadəyə verilməsi ilə məhsuldarlıq artacaq”.

Prezident İlham Əliyev Azərbaycanda xalqla iqtidar arasında birliyin gündən-günə möhkəmləndiyini vurğulayıb: “Ölkəmizdə iqtisadi inkişaf tam təmin edilib”.