Azərbaycan Premyer Liqasında 21-ci tur başlayırbackend

Azərbaycan Premyer Liqasında 21-ci tur başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu gün Azərbaycan Premyer Liqasında 21-ci tura start veriləcək.
TİA.AZ xəbər verir ki, məlumatına görə, ilk oyun günündə 2 görüş keçiriləcək. Əvvəlcə “Qarabağ” “Səbail”i qəbul edəcək. “Azərsun Arena”da baş tutacaq görüşün start fiti saat 16.00-da səsləndiriləcək.
Komandalar ölkə çempionatlarında 17 dəfə üz-üzə gəlib. Bunların 13-də Ağdam təmsilçisi, ikisində isə “dənizçilər” qələbə qazanıb. Qalan 2 qarşılaşma heç-heçə ilə başa çatıb. Topların nisbəti Qurban Qurbanovun baş məşqçi olduğu kollektivin xeyrinədir – 30:6. “Qarabağ” texniki nəticə nəzərə alınmasa, bütün ev oyunlarında qalib gəlib. “Səbail” səfərdə qol vura bilməyib.
Günün digər matçında “Sumqayıt” “Sabah”ı qəbul edəcək. “Kapital Bank Arena”da baş tutacaq görüş saat 18.15-də başlayacaq. Komandalar buna qədər 13 qarşılşamada üz-üzə gəlib. Bunların 6-da “gənclik şəhəri” təmsilçisi, 5-də isə “Sabah” qələbə qazanıb. Qalan 2 qarşılşamada tərəflər meydandan sülhlə ayrılıb. Top fərqi “Sumqayıt”ın xeyrinədir – 17:15. Son 8 oyunda iki və ya daha çox qol vurulub. “Sumqayıt”ın meydanındakı son iki qarşılaşmada 2:0 hesabı qeydə alınıb. Bu, həm də Premyer Liqadakı iki əcnəbi baş məşqçi – Aleysey Baqa və Murad Musayevin ilk görüşü olacaq.
Azərbaycan Premyer Liqası
 
21-ci tur
 
2 aprel (şənbə)
 
16:00. “Qarabağ” – “Səbail”
 
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Cəmil Quliyev, Elçin Məsiyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“Azersun Arena”.
18:15. “Sumqayıt” – “Sabah”
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: İlham Əliyev
“Kapital Bank Arena”.
Tura aprelin 3-də keçiriləcək “Qəbələ” – “Keşlə” və “Neftçi” – “Zirə” matçları ilə yekun vurulacaq.
“Qarabağ” – 46, “Neftçi” – 37, “Zirə” – 35, “Qəbələ” – 33, “Sabah” – 26, “Keşlə” – 19, “Sumqayıt” – 14, “Səbail” – 11