TİA.AZ xəbər verir ki,bu gün səhər “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin 100-ə yaxın işçisi qurumun binası önünə toplaşıblar və hazırda da ordadırlar. Onların bildirdiyinə görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri Cavid Qurbanovun göstərişilə işçilərin əmək haqlarının 3/1 hissəsi iyun ayından kəsiləcək. Hazırda 379 manat məvacib alan bələdçilər bundan sonra 229 manat maaş alacaqlar. Rəhbərlik onlara deyib ki, maddi problemlərə görə hər bir işçinin əmək haqqı təxminən 140-150 AZN azaldılacaq. Qurumun ofisi qarşısında 100-dən çox işçi yığışaraq buna etirazlarını bildirirlər.