Aydın Əliyev Hacıbəy Heydərlini həbs etdirmək istəyir- SABİQ KOMİTƏ SƏDRİ JURNALİSTDƏN ŞİKAYƏT EDİBbackend

Aydın Əliyev Hacıbəy Heydərlini həbs etdirmək istəyir- SABİQ KOMİTƏ SƏDRİ JURNALİSTDƏN ŞİKAYƏT EDİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Dövlət Gömrük Komitəsinin sabiq sədri Aydın Əliyev azxeber.com saytının rəhbəri Hacıbəy Heydərlini və saytın direktou Əfsələddin Ağalarovu həbs etdirməyə çalışır. Bu barədə Gununsesi.info-ya jurnalistin hüquqlarını müdafiə edən vəkil Adəm Məmmədov bildirib.
Vəkilin sözlərinə görə, xüsusi ittihamçı AR DGK-nin sabiq sədri Aydın Əliyev 16 yanvar 2018-ci il tarixdə şikayət ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Azxeber.com informasiya portalının baş direktoru Ağalarov Əfsələddin Rizvan oğlunun və baş redaktoru Heydərli Hacıbəy Novruz oğlunun barələrində AR CM-nin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq cəzalandırılmaları üçün hökm çıxarılmasını xahiş etmişdir. Aydın Əliyev şikayət ərizəsini bununla əsaslandırmışdır: “Azxəbər.con saytında Gürcüstan Respublikasında həbs edilən DGK-nin polkovnik-leytenantı Aydın Əliyevin yaxın adamı imiş-Təfərruat başlıqlı məqaləsində məni ağır cinayət etməkdə iştirakçılıqda ittiham edərək, mənim şərəf və ləyaqətimi ləkələyən, nüfuzdan salan məlumatları yayaraq mənə böhtan atmışlar. Belə ki, həbs edilmiş polkovnikin sədrin qohumu olmaqla, küllü miqdarda psixotrop maddələrin gömrük məntəqəsindən yoxlanılmadan Gürcüstan Respublikasına keçrilməsinə göstəriş və tapşırığı Aydın Əliyev tərəfindən verilmişdir. Rəhim Həsənovun qanunsuz əməlləri barədə Aydın Əliyevin məlumatı olub və hətta iddiaya görə ona tapşırıqları da Aydın Əliyev verib”. 

Vəkil deyib ki, xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsi icraata götürülüb və jurnalistlər təqsirləndirilən şəxs qismində cəlb olunub: “Cinayət işinin uzadılmasına nail olduq, xoşbəxçilikdən Aydın Əliyev vəzifəsindən kənarlaşdırıldı. Buna baxmayaraq, sabiq komitə sədri Aydın Əliyev azxeber.com informasiya portalının baş direktoru Ağalarov Əfsələddin Rizvan oğlunun və baş redaktoru Heydərli Hacıbəy Novruz oğlunun həbs olunmalarına çalışır. Bu gün, Binəqədi Rayon Məhkəməsinin hakimi Vuqar Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə iclasında tam aşkar görünürdü. Hakimin ədalətli qərar qəbul edəcəyinə inanırıq”.

Gununsesi.info