“Axmaq-axmaq…” – Xalq artistindən Zaur Kamala ağır sözlərbackend

“Axmaq-axmaq…” – Xalq artistindən Zaur Kamala ağır sözlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq artisti, tanınmış diktor Sabir Ələsgərli aparıcıların efirdə özlərini apara bilməməsindən danışıb.

Diktor belə həmkarlarına görə yerli televiziyalara baxmadığını bildirib:

“ATV-nin xəbər aparıcıları xoşuma gəlir, bir də AzTV-nin verilişlərini izləyirəm. Onlarda səviyyə, peşə etikası qorunub saxlanılır. Amma şou verilişlərində hədd aşırlar. Məsələn, Zaur Kamal verilişdə çox şitlik edir, dəvət etdiyi qonağa axmaq-axmaq suallar verir. Bəzən qonaq onu gülə-gülə yola vermək məcburiyyətində qalır. Bəziləri də əsəbiləşir. Efiri məzhəkəyə çevirmək olmaz, ayıbdır. Şou verilişi o demək deyil ki, özünü istədiyin kimi aparasan. Qarşındakına və izləyicilərə hörmət etmək sənin borcundur. Belə verilişlərə baxanda çox əsəbiləşirəm, ona görə də baxmıram”.(yenicag.az)