Avro-2024-ün finalına çıxan bütün ölkələr məlum oldubackend

Avro-2024-ün finalına çıxan bütün ölkələr məlum oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə 2024-cü ilin Avropa çempionatında iştirak hüququ qazanan bütün ölkələrin adları məlum olub.
Tribunainfo.az xəbər verir ki, ötən gecə keçirilmiş ilk pley-off matçında Gürcüstan Yunanıstanla qarşılaşıb.

Matçın əsas və əlavə vaxtında qapılara qol vurulmayıb. Penaltiər seriyasında isə daha dəqiq olan (4:2) Gürcüstan millisi tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə yüksəlib.

Günün digər oyununda Ukrayna İslandiyanı 2:1 hesabı ilə məğlub edərək Avro-2024-ə vəsiqə qazanıb.

Polşa isə Uelslə qarşılaşıb. Matçın əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatdığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Polşa penaltilər seriyasında 5:4 hesabı ilə qalib gələrək Avro-2024-də oynamaq hüququ qazanıb.

Beləliklə, Avro-2024-ün finalında oynayancaq bütün komandaların adına aydınlıq gətirlib.

Püşkatmanın nəticələrinə əsasən, komandalar aşağıdakı qruplara bölünüb:

A qrupu: Almaniya, İsveçrə, Şotlandiya, Macarıstan

B qrupu: İtaliya, Xorvatiya, İspaniya, Albaniya

C qrupu: Sloveniya, Danimarka, İngiltərə, Serbiya

D qrupu: Avstriya, Fransa, Niderland, Polşa

E qrupu: Rumıniya, Belçika, Slovakiya, Ukrayna,

F qrupu: Çexiya, Türkiyə, Portuqaliya, Gürcüstan

Qeyd edək ki, Avropa çempionatı 14 iyun – 14 iyulda Almaniyanın 10 şəhərində təşkil olunacaq.

Turnir iyunun 14-ü Münhen şəhərindəki “Allianz Arena” stadionunda Almaniya-Şotlandiya oyunu ilə start götürəcək. Qrup mərhələsinə iyunun 26-da Portuqaliya-Gürcüstan oyunu ilə yekun vurulacaq.