Arestoviç: “Rusiya hərbçiləri Xersonda geri çəkilməyə hazırlaşır”backend

Arestoviç: “Rusiya hərbçiləri Xersonda geri çəkilməyə hazırlaşır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Rusiya hərbçiləri Xersonda geri çəkilməyə hazırlaşır”.
TİA.AZ  xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.
O, həmçinin əlavə edib ki, Nikolayev vilayətinin ərazisində Rusiya hərbçiləri yoxdur.
“Xersonun özü ruslar tərəfindən artıq geri çəkilməyə hazırlanıb. Bu barədə çox az adam bilir”, – Arestoviç bildirib.
Xatırladaq ki, aprelin əvvəlindən Rusiya hərbçiləri Kiyev, Çerniqov və Sumı vilayətlərindən geri çəkilməyə başlayıblar.