“Aqrolizinq”in rəhbərliyinin dəyişdirilməsinin səbəbi açıqlanıbbackend

“Aqrolizinq”in rəhbərliyinin dəyişdirilməsinin səbəbi açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC-nin rəhbərliyinin dəyişdirilməsinin səbəbi açıqlanıb.

“Report” xəbər verir ki, bu barədə nazir müavini İlham Quliyev açıqlama verib.

“Hansı kadr ki, öz işini, səlahiyyətini normal həyata keçirir, onu dəyişməyə ehtiyac yoxdur. Yeni nazir əvvəlki sədr Elşən Məmmədovun fəaliyyətindən narazı qalıb. “Aqrolizinq” hansısa nöqsanlar, çatışmazlıqlar olub. Ora yeni nəfəs vermək üçün gənc kadrlar təyin olunub. İnanıram ki, yeni təyin olunanlar etibamı doğruldacaq”.