Ankaranı sel basıb: xəsarət alanlar var – VİDEObackend

Ankaranı sel basıb: xəsarət alanlar var – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin paytaxtı Ankara şəhərini sel basıb

Oxu.Az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, selin baş verməsinə səbəb şəhərə düşən intensiv yağışlar olub.

Sel nəticəsində evləri və ofisləri su basıb, 6 nəfər xəsarət alıb, onlarla avtomobilə ziyan dəyib.

Ankara bələdiyyəsinin rəhbəri Mustafa Tuna bildirib ki, hadisə zamanı ölüm faktı qeydə alınmayıb.

Ankarada hələ 3 gün ərzində yağmurlu hava şəraitinin davam edəcəyi proqnozlaşdırılır.