Aleksey Navalnı yenidən saxlanılıbbackend

Aleksey Navalnı yenidən saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın aparıcı müxalif Korrupsiyaya Qarşı Mübarizə Fondunun qurucusu Aleksey Navalnı yenidən saxlanılıb.

Open.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Navalnının seçki qərərgahının rəhbəri Leonid Volkov sosial şəbəkə hesabında məlumat verib. O, 30 günlük həbs cəzasını tamamlayan Navalnının həbsxana çıxışında yenidən saxlanıldığını bildirib. Volkov Navalnının 20 gün həbs cəzası ala biləcəyini qeyd edib.

Qeyd edək ki, Korrupsiyaya Qarşı Mübarizə Fondunun qurucusu Navalnı ötən ay evinin qarşısında saxlanılıb və yanvarın 28-də qatıldığı bir aksiya ilə əlaqədar 30 gün həbsə məhkum edilib.