42 ölkədə koronavirusa qarşı peyvəndləmə başlayıb – ÜSTbackend

42 ölkədə koronavirusa qarşı peyvəndləmə başlayıb – ÜST

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu gün 42 ölkədə koronavirusa qarşı peyvəndləmə başlayıb. Onlardan 36-ı yüksək gəlirli, 6-ı orta gəlirli ölkələrdir.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Gebreyesus deyib.
O bildirib ki, indiki vəziyyətdə vaksinlərin böyük əksəriyyətini yüksək gəlirli dövlətlər əldə edir. Az gəlirli ölkələr və orta gəlirli ölkələrin böyük əksəriyyəti vaksin əldə etməkdə çətinlik çəkir:
“Belə bir problem mövcuddur. Amma bu, həll edə biləcəyimiz bir problemdir. Bu məsələni COVAX və digər mexanizmlər vasitəsilə birlikdə həll etməliyik”.