Zaxarçenkonun milyardlarının mənbəyi – Ayda 150 min dollar…backend

Zaxarçenkonun milyardlarının mənbəyi – Ayda 150 min dollar…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya İstintaq Komitəsi rüşvətxorluq maddəsi ilə 3 biznesmeni həbs edib.

Teleqraf.com-un məlumatına görə, istintaq nəticəsində məlum olub ki, bir müddət öncə qətlə yetirilmiş qondarma Donetsk Respublikasının lideri Dimitri Zaxarçenko hər ay Markelov və digər 3 iş adamından aylıq məvacib alırmış.

Markelov ifadəsində 2007-2016-cı illər ərzində hər ay Zaxarçenkoya 150 min dollar pul vəsaiti ödədiyini qeyd edib. Ödəmə yollarını Zaxarçenko özü təyin edirmiş.

Məlum olub ki, bununla da biznesmenlər Zaxarçenkonun havadarlığı ilə Donetsk bölgəsində qanunsuz ticarətlə məşğul olublar.

Zaxarçenkonun 2 milyard rubldan çox sərvətə malik olduğu qeyd edilir.

Faktla bağlı araşdırmalar davam edir.