Yutub Navalnının ən çox izlənilən videosunu əngəllədibackend

Yutub Navalnının ən çox izlənilən videosunu əngəllədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yutub rusiyalı müxalifətçi Aleksey Navalnının 27,6 milyon baxış sayı olan “Mən qatilimə zəng etdim. O etiraf etdi” videosuna girişə əngəl qoyub.

TİA.AZ xəbər veir ki, buna səbəb video sahibinin “ViacomCBS” mediakonqlomeratının müəlliflik hüquqlarını pozması göstərilib.

Videonun məhz hansı fraqmentinə görə bloklandığı dəqiq məlum deyil.

“ViacomCBS” “Paramount Pictures”, MTV, “Nickelodeon” və digər film və televiziya şirkətlərinin video istehsalı hüquqlarına sahibdir.

Qeyd edək ki, dekabrın 21-də Aleksey Navalnı öz yutub kanalında ifşaedici videoçarx yayımlayıb. Videoda Navalnı zəhərlənməsinin arxasında Federal Təhlükəsizlik Xidmətinin bir qrup zabitinin dayandığını iddia edib. Hətta müxalifətçi onu öldürmək istəyən FTX zabiti olduğu güman edilən şəxslə telefonla danışıb. O, Navalnını öldürmək niyyətində olduğunu təsdiqləyib.