“YouTube” qətllərdə ittiham olunubbackend

“YouTube” qətllərdə ittiham olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Skotland-Yard Londonda cinayətlərin artmasında sosial medianı ittiham edib.

Oxu.Az xəbər verir ki, bu məlumatı “The Daily Mail” yayıb.

Britaniya polisi dəfələrlə “YouTube” nümayəndələrinə milyonlarla baxışı olan, biri-birini ağır mətnlər və silahla təhdid edən dəstəkləri özündə əks etdirən rep-kliplərin blok olunması üçün müraciət edib.

Son iki ildə hökumət 60 videoçarxın silinməsini istəyib, ancaq bunlardan yalnız 30-u silinib.

Polis rəisi Kressid Dikin sözlərinə görə, nəhəng veb-servislər zorakılığı tətbiq edən kontentlərin silinməsində məsuliyyət daşıyırlar.

Yerli xəfiyyə Mayk Vest deyib ki, hüquq-mühafizə orqanları 2015-ci ilin sentyabrından bu mövzuda olan materialların artdığını müşahidə edirlər. Bu müddətdə bazaya 1,4 min eyni məzmunlu çarx yüklənib.