Venesuela müxalifətinin lideri İspaniya səfirliyinə sığındıbackend

Venesuela müxalifətinin lideri İspaniya səfirliyinə sığındı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ötən gün qiyamçı hərbçilər tərəfindən ev dustaqlığından azad edilən venesuelalı müxalif Leopoldo Lopez Çilinin paytaxt Karakasda yerləşən səfirliyinə sığınıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Çilinin XİN başçısı Roberto Ampuero məlumat verib. Lopez həyat yoldaşı Lilian Tintori və qızı ilə birlikdə səfirlikdə qərarlaşıb. Müxalif fəal daha sonra ailəsi ilə birlikdə İspaniya səfirliyinə gedib.
Leopoldo Lopez 2014-cü ildə hökumət əleyhinə təşkil edilən nümayişdə xalqı şiddətə təşviq etməkdə ittiham edilərək 14 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, 2017-ci ilin iyul ayında ev həbsinə buraxılıb.
Qeyd edək ki, Venesuelada ötən gün müxalifət lideri Xuan Quaydo hərbi qiyam elan edirək çevrilişə start verildiyini açıqlayıb. Prezident Nikolas Maduro isə çevriliş cəhdinin uğursuzluqla nəticələndiyini bildirib