Vahid Ələkbərovun şirkəti dünya ikincisi oldubackend

Vahid Ələkbərovun şirkəti dünya ikincisi oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın “Qazprom” şirkəti “S&P Global Platts” dünyanın iri enerji şirkətləri siyahısında birinci yerdən 17-ci yerə qədər geriləyib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, ABŞ-ın “ExxonMobil” şirkəti 2017-ci ildə itirilmiş liderliyini geri qaytarıb. Reytinqin müəllifləri şirkətin uğuru kimi neftin qiymətinin bərpasını və ABŞ-da gözlənilən ixrac bumunu göstəriblər.

İkinci yeri Vahid Ələkbərovun rəhbərlik etdiyi Rusiyanın “Lukoyl” şirkəti tutub. Üçüncü yerdə ABŞ-ın “Phillips 66” şirkəti qərarlaşıb.

“S&P Global Platts” hər il aktivlərin dəyərləri, gəlirlər və kapital qoyuluşu əsasında dünyanın 250 iri enerji şirkətinin siyahısını hazırlayır.