UEFA Millətlər Liqası: Millimizdən inamlı qələbə – VİDEObackend

UEFA Millətlər Liqası: Millimizdən inamlı qələbə – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinin 3-cü turunun oyunlarına start verilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, D liqasının 3-cü qrupunda yer alan millimiz də növbəti görüşünü keçirdi. Qurban Qurbanovun komandası səfərdə Farer adaları yığmasının qonağı idi. Qrupda keçirdiyi ilk 2 oyunda heç-heçə edən yığmamız iddiasını davam etdirmək üçün ilk qələbəsini qazanmağa çalışırdı.

Qeyd edək ki, Torşavn şəhərindəki “Torsvullur” stadionunda keçirilən oyun Bakı vaxtı ilə 22:45-də başlayıb. Qrupun digər matçında isə lider Kosovo autsayder Maltanı qəbul edir. Həmin görüş də eyni saatda start götürüb.

UEFA Millətlər Liqası

D liqası, 3-cü qrup, II tur

11 oktyabr

22:45. Farer adaları – Azərbaycan – 0:3
Qollar: Riçard Almeyda 28, Dmitri Nazarov, 68, Riçard Almeyda, 86-pen
AHakimlər: Aleksey Yeskov, Dmitri Mosyakin, Anton Averianov, Valeri Dançenko (Rusiya)
Torşavn, “Torsvullur” stadionu

22:45. Kosovo – Malta – 3:1
Qollar: Kololi, 30 (1:0), Aqius, 51 (1:1), Muriqi, 68 (2:1), Kololi, 81 (3:1)

1. Kosovo 3 2 1 0 5:1 7
2. Azərbaycan 3 1 2 0 4:1 5
3. Farer adaları 3 1 0 2 3:6 3
4. Malta 3 0 1 2 3:7 1