“Traktor”un baş məşqçisi Təbrizdən getdibackend

“Traktor”un baş məşqçisi Təbrizdən getdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Güney Azərbaycanın “Traktor” futbol komandasının baş məşqçisi Con Toşak Təbrizi tərk edib.

Axar.az xəbər verir ki, uelsli mütəxəssis sentyabrın 17-i yerli vaxtla saat 3:00-da Təbrizdən İstanbula uçub. Məlumata görə, C.Toşanla birlikdə onun köməkçisi olan oğlu və proqramlarının müdiri də Güney Azərbaycanı tərk edib.

“Traktor” klubunun məsulları baş məşqçinin vəzifəsindən kənarlaşdırılması və Təbrizi tərk etməsi ilə bağlı hər hansı açıqlama verməyib.

Qeyd edək ki, “Traktor” İran kubokunun 1/16 final mərhələsində “Sənət Neft”in qarşısında məğlub olduqdan sonra baş məşqçinin vəzifəsindən kənarlaşdırılacağı ilə bağlı xəbərlər yayılmışdı.