Azərbaycanlı “Tiktok” istifadəçiləri “Google Play” trendində inanılmaz mənzərə yaradıblar.
Bu barədə İT mütəxəssisi, tanınmış texnobloqer Fərid Pərdəşünas bildirib.
“Sadəcə “TikTok”un bloklanması kütləvi şəkildə VPN istifadəsini artırdı. Top 45-də 33 ədəd VPN tətbiqi trenddədir. Top 10 hamısı VPN-dir. Dəhşətli rəqəmdir. “TikTok” istifadəçiləri lazımi bloklama qərarını heçə sayaraq VPN-lərə üz tutublar. Bu bir daha göstərir ki, Azərbaycanda “TikTok” istifadəsi yüksək həddədir və digər platformaları çox asan qabaqlayacaq”, – deyə ekspert vurğulayıb.
O qeyd edib ki, “TikTok” dezinformasiya və həsas görüntülərin yayılmasının və sonra bunun bizə qarşı istifadə olunmasının qarşısını almaq məqsədilə bloklanmışdı: “Lakin görünən odur ki, bəzi “TikTok” istifadəçiləri bu qərara hörmətlə yanaşa bilmədilər”.