Teymur Rəcəbov Aronyanla heç-heçə etdibackend

Teymur Rəcəbov Aronyanla heç-heçə etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun V mərhələsində Azərbaycan şahmatçısı Teymur Rəcəbovla Ermənistan təmsilçisi Levon Aronyan arasındakı görüş başa çatıb.

TİA.AZ xəbər verir ki, “New In Chess” adlı mərhələdə qarşılaşma III tura təsadüf edib.

Qara fiqurlarla oynayan Rəcəbov mübarizədən heç-heçə ilə ayrılıb. Tərəflər 29-cu gedişdən sonra “sülh”ə razılaşıblar.

Digər şahmatçımız Şəhriyar Məmmədyarov isə polşalı Yan Kşiştof Dudanı sınağa çəkib. Şəhriyarın bu görüşdən qələbə ilə ayrılıb.