“Seçkilərin təşviqat mərhələsində 5 namizədə ciddi xəbərdarlıq etmişdik”.
TİA.AZ-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən mətbuat konfransında bildirib.
MSK sədri deyib ki, xəbərdarlığa əməl olunmasaydı, növbəti mərhələdə Baş Prokurorluğa müraciət olunacaqdı: “Xoşbəxtlikdən bu baş vermədi”.
Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-da keçiriləcək.