Rusiya Zelenski və Poroşenkonu axtarışa verdibackend

Rusiya Zelenski və Poroşenkonu axtarışa verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiya Daxili İşlər Nazirliyi Ukrayna prezidenti Volodimir Zelenskini axtarışa verib.
 Tribunainfo.az xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.
“Volodimir Aleksandroviç Zelenski, 25 yanvar 1978-ci il. Cinayət Məcəlləsinin maddəsi ilə axtarışdadır”, deyə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin axtarış məlumat bazasında qeyd olunub.

Məlumatda Ukrayna dövlət başçısının Rusiya Cinayət Məcəlləsinin hansı maddəsi ilə axtarışa verildiyi açıqlanmayıb.
Rusiya Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenkonu da cinayət işi üzrə axtarışa verib.
Bu barədə Rusiya DİN-nin məlumat bazasında məlumat yerləşdirilib.