Telefon xəstəliyinə sonbackend

Telefon xəstəliyinə son

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ya telefonu yerə qoy, ya da…

Danimarkada insanların smartfonlardan asıllılığına son qoyan məhsul hazırlanıb. İstiPress-in məlumatına görə, alimlər bu “xəstəliyə” adi plastr ilə qalib gəlməyi düşünürlər.

Qiyməti 14,95 dollar olan bağlamada 10 plastr var. Təlimata görə, onları smartfonun ekranına yapışdırmaq lazımdır. Nəticədə ekranın bir hissəsi örtüləcək. Plastrın üzərindəki motivasiyadici yazılar terapiya effekti göstərməlidir. Ağıllı stikerlər sahiblərinə ya “Facebook”u silməyi ya da intim münasibət zamanı belə telefonu əlindən qoymayan 9 faiz əhali kimi olmağı təklif edir.

Mütəxəssislərin hesablamalarına görə, orta hesabla smartfon sahibləri gün ərzində 2 min dəfədən çox ona toxunurlar. Əksər hallarda isə bunu hər hansı məqsədləri olmadan edirlər.