“Tarif Şurasının qərarı qaneedici deyil” – Fazil Mustafabackend

“Tarif Şurasının qərarı qaneedici deyil” – Fazil Mustafa

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Tarif Şurası istehlak olunan qaz üçün limiti 1700 kubmetrdən 2200 kubmetrə qaldırdı. Bu hər bir halda irəliyə doğru bir addımdır, ancaq vətəndaşlarımız üçün qaneedici deyil”.

“Yeni Sabah” xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa deyib. Limitin artırılmasının təşəbbüskarlarından olan F. Mustafa bildirib ki, Milli Məclisdə təklif limitin iki dəfə artırılması olmuşdu.

“Bu rəqəm 3000 kubmetri keçsəydi, demək olar ki, məsələ öz həllini tapardı. Bununla belə, təkliflərimizin səsləndirilməsindən heç bir həftə keçməmiş hökumət tərəfindən eşidilməsi və qərara yenidən baxılması müsbət tendensiya sayılmalıdır.

Hər bir halda bundan sonra da məsələ diqqətimizdə olacaq, elektrik enerjisinin istehlakı ilə də bağlı vətəndaşın durumunu yüngülləşdirici addımlara ehtiyac var, ümid edirəm ki, yaxın günlərdə bu məsələdə də bir irəliləyiş olacaqdır”.