Tapdığı sənəd onu milyonçu etdibackend

Tapdığı sənəd onu milyonçu etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sənədi nadir kitablar üzrə müətəxəssis Keti Mersden evinin çardağını axtararkən tapıb.

TİA.AZ  BBC-yə istinadən  xəbər verir ki,  K.Marsdenin sözlərinə görə, qalaqlanmış kitabları səliqəyə salan zaman tapıb. Qadın tapdığı kağızı iş yerinə aparaq, onun hansı müddətə aid olduğunu müəyyənləşdirib. Uzun çəkən araşdırmadan sonra kağızın həqiqətən də Müstəqillik Bəyannaməsinin orijinal variantlarından biri olub. Bəyannamə 1820-ci ildə ABŞ Senatının sifarişi ilə surət çıxaran Uilyam Stoun tərəfindən çap olunub.

Mersdenin tapdığı sənəd Çarlz Kerrola məxsus iki ekzempelyardan biri olub. Çarlz Kerrol  4 iyul 1776-cı ildə ABŞ Müstəqillik Bəyannaməsinin imzalayan siyasi xadimlərdən biri olub. O, həmin sənədin bir nüsxəsini nəvəsinin əri diplomat Con MakTavişə bağışlayıb. Şotland diplomat o zaman Merilend ştatında Böyük Britaniyanın təmsilçisi olub.

Qadın həmin sənədi iyulun 1-də ABŞ-da auksionda 4 milyon 420 min dollara satıb.