backend

SSRİ necə dağıldı? – Kravçukdan şok detallar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

SSRİ dağıldıqdan sonra yaranan MDB-nin 25 ili tamam olub.  

SSRİ dağıldıqdan sonra yaranan MDB-nin 25 ili tamam olub. 

Bəziləri MDB-ni SSRİ-dən sonrakı davamçısı hesab edir. SSRİ-nin dağılması ilə bağlı təəssüflər müxtəlif ölkələrdə eşidilir, ancaq həmin ölkələrdə belə müstəqillik yüksək dəyərləndirilir.

Cebhe.info xəbər verir ki, bunula belə çoxları SSRİ-nin varlığına çox qoyan Belarusdakı Viskulini çox da xatırlamır.

“Ölkə bizsiz dağılmışdı. Biz SSRİ-ni dağıtmadıq. Biz sadəcə 5 milyon ordusu, KQB-si, dünyada ikinci nüvə gücünə sahib olan bir ölkənin daha faciəli şəkildə dağılmasının qarşısını aldıq”, – Ukraynanın keçmiş prezidenti Leonid Kravçuk bildirirdi.

Xatırlayanlar deyir ki, 1991-ci ilin dekabrında da Belarusda şaxtalı hava vardı. Yeltsin Belarusa neft-qaz nəqli ilə bağlı müzakirə üçün getmişdi. Arxiv sənədlərində fotolar var, ancaq sənədlərdə fotosu olmayan bir hadisə də var – Şuşkeviçin Kravçuka telefon zəngi.

“Dekabrın 6-da Şuşkeviç mənə zəng etdi. Dedi ki, Boris Yeltsin Belarusda səfərdədir. O zaman hələ SSRİ mövcud idi. Məni də dəvət etdilər”, – Leonid Kravçuk bildirib. Kravçuk və Yeltsinin münasibətləri kifayət qədər gərgin idi, ancaq buna baxmayaraq, Kravçuk gedib. Görüşün Qorbaçovun iştirakı olmadan keçirilməsi barədə qərarı hələ Moskvada ikən Yeltsin və Şuşkeviç vermişdi. Moskva kluarlarında yeni ittifaqın sərhədləri cızılırdı.

Rəsmi versiyaya görə, Kravçuk Belarusa Yeltsinlə görüş üçün yox, başqa məqsədlə gedib. Hər şey gizli saxlanıb. Belarusa hətta o zaman Rusiyanın vitse-prezidenti olan Ruşkovu da aparıblar.

Kravçuk deyirdi ki, Belarusa səfərin məqsədi barədə çoxlu suallar verib: “Öyrənmək istədim ki, Yeltsin, Burbulis, Şaxray Belarusa nə məqsədlə gedir. Mənə dedilər ki, iqtisadi birliklə bağlı məsələ var. Səhər “Mayak” radiosundan öyrəndim ki, artıq SSRİ yoxdur, əvəzində MDB var. Hər şey gizli aparılmışdı. Mənim üçün də bu, şok effekti yaratdı. Hər şey çox gizli aparılmışdı”,- Aleksandr Ruçkoy bildirib.

3 nümayəndə heyətinin görüşü şam yeməyi zamanı, saat 18.00-a təyin edilib. İqtisadiyyatdan söhbət başlayıb. Ancaq tez də anlaşılıb ki, Qorbaçovsuz nəsə həll etmək mümkün olmayacaq. Yeltsin və Şuşkeviç Kravçuku yeni ittifaq müqaviləsi imzalamaq üçün dilə tutmağa çalışırdılar. Vəziyyət gərginləşmişdi. Sürücülər artıq maşınları işə salmışdılar. Ancaq heç kəs maşına əyləşmirdi. Yarım saat sonra baş nazir Kebiç foyedə bir neçə dövrə vurduqdan sonra özünə də tanış olmayan səslə dedi: “Mən sizə deyim ki, faktiki olaraq müqavilə var, həm iqtisadi, həm siyasi, orda SSRİ-nin bütün strukturları da saxlanır”.

Rusiyanın o zamanki dövlət katibi Burbulis sonradan həmin yarım saatı belə xatırlayırdı. Məhz o, “SSRİ beynəlxalq hüququn subyekti və geosiyasi sistem kimi artıq mövcud deyil”, – demişdi. Sonradan bu barədə sənədlərdə də yazıldı: “Bu, ekspromt idi, mağazalar boş idi, ərzaq talonla verilirdi, taxıl çatışmırdı, Qarabağ məsələsi də bir tərəfdən. Çeçenistan, İnquşetiya, neftin hər barreli 8 dollar. Mətndə ilk dövrdə MDB ideyası yox idi. Bu ideya elə orda yarandı”.

7 dekabrda nahardan sonra köməkçilərə sənədləri hazırlamaq tapşırıldı. Mühafizə gücləndirildi. Bütün telefon danışıqları qadağan edildi. Qorbaçovun xüsusi təyinatlılarından qorxurdular. Heç kəs yatmırdı. Günorta 2-də baş nazirləri zala çağırdılar. Surətçıxaran yox idi, unudulmuşdu, Belarus baş naziri üçün stulu yataq otağından gətirdilər. Maşinist qadın belə yox idi, yaxınlqıdakı kolxozdan maşinist qadın gətirdilər. O qadın da ilk cümlədə səhv buraxdı. Yazmağa başlayanda mətnin məzmununu anlamışdı. Yeltsin, Şuşkeviç, Kravçuk Nazarbayevə zəng etmək üçün getdilər. Onu da dilə tutmağa çalışacaqdılar. “Ancaq Qorbaçov onu saxladı, təyyarədə nəsə problem çıxdı və Nazarbayev dedi ki, gələ bilməyəcək”,- deyə görüşün iştirakçısı Kebiç xatırlayır. Müavilə imzalandı. Telefonlar açıldı, qərar barədə Qorbaçova məlumat vermək lazım idi, onunla Şuşkeviç danışdı. Yeltsin də ona qatıldı. Buşa isə Kozırev zəng etdi. Qorbaşov hər üçünün Minskdən Moskvaya gəlməsini istədi. Ancaq istək yerinə yetirilmədi və Yeltsin tək getdi. 2 həftə sonra 8 ölkə də MDB-yə qoşuldu.

İllər keçib, SSRİ-nin dağılaraq yerində MDB-nin yarandığı Viskulidə də çox şey dəyişib. 10 il əvvəl orda müttəfiq respublikaların gerbi vardı. İndi isə o da yoxdur.