Şri-Lankanın şərqində komendant saatı ləğv edilibbackend

Şri-Lankanın şərqində komendant saatı ləğv edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şri-Lankanın hakimiyyət orqanları üç yeni partlayışdan sonra Kalmunay şəhərində və onun ətraf ərazilərində tətbiq edilmiş komendant saatını ləğv edilib.

Trend xəbər verir ki, polis nümayəndəsinin sözlərinə görə, komendant saatı aprelin 29-də səhər saat 8 radələrində dayandırılıb.

Xatırladaq ki, 21 aprel tarixində ölkədə ardınca bir sira partlayışlar baş verib. Şri-Lankanın Səhiyyə Nazirliyinin məlumatına görə, həmin partlayışlar nəticəsinəd 250-260 nəfər həlak olub.

Baş verənlərə görə məsuliyyəti öz üzərinə İŞİD terrorçu qruplaşması götürüb.