Şirvan xəstəxanasında biabırçı vəziyyət (VİDEO)backend

Şirvan xəstəxanasında biabırçı vəziyyət (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Koronavirusun ölkədə kütləvi yayıldığı zamanda Şirvan Şəhər Mərkəzi xəstəxanasının direktoru İlham Mustafayev iş saatında yerində tapılmır, Baş həkimi isə bu gün işdən çıxarılıb.
Bu barədə Redaktor.az-a Şirvan şəhər sakinləri məlumat verib. Şikayətçilərin sözlərinə görə, saatlardır xəstəxanada gözləməklərinə baxmayaraq, onlara heç bir köməklik göstərilmir
Xəstəxanada çalışan, adını açıqlamayan həkimlərdən biri Baş həkimin işdən çıxarıldığını, göndərişə möhür vuracaq adamın olmadığını bildirib.
Şikayətçilərdən biri isə sayta bunları deyib:
“Bu xəstəxanada xəstələrə baxan yoxdur. Biz də xəstələri ya Bakıya, ya da başqa rayona aparmaq istəyirik. Amma yollar bağlı olduğu üçün apara bilmirik. Bunun üçün gərək xəstəxananın Baş həkimi göndəriş kağızına möhür vursun. Amma Baş həkimi tapa bilmirik. Xəstəxanın direktoru da yerində yoxdur. Əvvəlcə bizə, “direktorun Göyçaydan qonağı gəlib, gedin, saat 4-də gələrsiniz” dedilər. Saat 4-də də direktor çıxıb, “möhür vurmaq mənim işim deyil. Korrupsiyadan da mənə zəng gəlib, möhür vura bilmərəm”, dedi. İndi biz nə edək?! Evdə ağır vəziyyətdə olan xəstələr var, onları həkimə aparmaq lazımdır. Əgər aparmasaq vəziyyətləri daha da ağırlaşacaq”.
Sözügedən şikayətçilərlə bağlı TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin əməkdaşı Elnarə Baxışa məlumat verilib. Lakin cavab almaq mümkün olmayıb.