Azərbaycan Prezidenti İlham Əliyev “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif etdiyi 3572 hərbi qulluqçu arasında şəhid hərbçilər də var.
TİA.AZ siyahıda olan polkovnik və polkovnik-leytenantların adını təqdim edir:
Səmidli Babək Mətləb oğlu – polkovnik (ölümündən sonra)
Abdurahmanov Əfqan Ağasəf oğlu – polkovnik-leytenant (ölümündən sonra)
Cəfərov Zaur Hüseyn oğlu – polkovnik-leytenant (ölümündən sonra)
Məmmədov Soltan Akif oğlu – polkovnik-leytenant (ölümündən sonra)
Qeyd edək ki, polkovnik B. Samidli noyabrın 23-də Suqovuşanda minaya düşərək şəhid olmuşdu. O, ölümündən sonra “Zəfər” ordeni “Vətən uğrunda” medalı ilə təltif edilmişdi.