ŞƏHİD ANASINI İNTİHARA ÇATDIRAN İCRA BAŞÇISININ ZİYARƏTİ İKRAH DOĞURDU – MİSKİN MƏNZƏRƏ…backend

ŞƏHİD ANASINI İNTİHARA ÇATDIRAN İCRA BAŞÇISININ ZİYARƏTİ İKRAH DOĞURDU – MİSKİN MƏNZƏRƏ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Necə də miskin və ikrah doğuran mənzərədir…Gəncənin icra başçısı Niyazi Bayramov onun qəbuluna düşə bilməyən, çarəsizlikdən intihara əl atan Vətən müharibəsində şəhid olan Azər Həsənovun anası Vüsalə Məmmədovanı ziyarət edibmiş.
TİA.Az xəbər verir ki, icra başçısının şəhid anasını xəstəxanada ziyarət etməsi cəmiyyətdə qınaqla qarşılanıb, gecikmiş addım kimi qiymətləndirilib.
Təsəvvür edin, A.Həsənov evin tək övladı olub, Vüsalə xanım yeganə balasını vətənə qurban verib, indi böyükdən kiçiyə hamımız onu başımızın tacı etməli olduğumuz halda şəhid anası cana doyaraq dərman içib intihara qalxır. Səbəb? Laqeydlik, etinasızlıq, şəhid anasına qarşı ögey münasibət…


Və bunu edən Gəncənin “xan”ı Niyazi Bayramov indi qaçaraq özünü xəstəxanaya çatdırıb ki, guya şəhid anasının qayğısına qalır. Halbuki, V.Məmmədova dəfələrlə onun qəbuluna gedib, dərdini danşmaq istəyib, amma icra başçısı onu qəbul etməyib. Çoxumuz elə bilirdik ki, Niyazi Bayramov Elmar Vəliyev yolu getməz, mədəni bir insandır deyə həssaslıq göstərər. Amma əfsus ki, şəhid anasını qapıdan qaytarıb, onunla görüşüb dərdini öyrənmək istəməyib. İndi xəstəxanaya getməkdə çi fayda?!
Əslində normal ölkədə həyata qəsd haqda məlumatdan sonra ölüm həddinə çatdırma maddəsi ilə ya cinayət işi qaldırılardı, ya məmur vəzifəsindən azad edilərdi. Amma bizdə hər şey anormaldır!

TİA.Az