SAKİT OKEANDA 7,7 BAL GÜCÜNDƏ ZƏLZƏLƏ BAŞ VERDİbackend

SAKİT OKEANDA 7,7 BAL GÜCÜNDƏ ZƏLZƏLƏ BAŞ VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sakit okeanın cənubunda saat 05:57-də 7,7 bal gücündə zəlzələ baş verib. Zəlzələdən sonra bölgədə sunami xəbərdarlığı elan edilib.

Tribunainfo.az CNN-ə istinadən xəbər verir ki, zəlzələ Avstraliyanın şərqindəki ada ölkəsi olan Yeni Kaledoniya yaxınlığında baş verib.

Loyalti adalarının cənub-şərqində baş verən 7,7 bal gücündə zəlzələdən sonra sunami siqnalı verilib və sirenlər səslənməyə başlayıb. Sakit Okean Sunami Xəbərdarlıq Mərkəzi Vanuatu, Fici və Yeni Kaledoniya üçün sunami xəbərdarlığı elan edib. Avstraliya Meteorologiya Bürosu şərq sahillərinin təhlükə altında olduğunu açıqlayıb.

Zəlzələ yaşayış məntəqələrindən min kilometr aralıda baş verib. Hələlik tələfat və dağıntı yoxdur.