Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş silsilə tədbirlər davam edirbackend

Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş silsilə tədbirlər davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş silsilə tədbirlər davam edir.

 Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi  idarə, təşkilat, ali və orta ixtisas müəssisələrində anılır.

Tədbirlərdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru Nazim Kazımov,  tələbələr, rayon ictimaiyyəti, gənclər, ali və orta ixtisas müəssisələrinin müəllimləri, valideynləri, şəhid ailələri və qazilər iştirak etmişlər.

Anım konserti Azərbaycan Dövlət Akademik Filarmoniyasında və Rəşid Behbudov adına Azərbaycan Mahnı Teatrında həyata keçirilmişdir.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Keçirilən tədbirlərdə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru, Xalq artisti Ağaverdi Paşayevin, Əməkdar artist, dirijor İlahə Hüseynovanın müşayiətilə gənc istedadlar öz ifalarını təqdim etdilər. Konsertdə, həmçinin Fikrət Əmirovun “Azərbaycan elləri”, Səid Rüstəmovun “Alagöz”, Oqtay Kazıminin “Məhəbbət” , H.Xanməmmədovun ” arfa və orkeste üçün konserti”, “Kamança ilə orkestr üçün konserri” , T.Bakıxanovun ” tar ilə orkestr üçün 1 saylı konserti” sonda isə F.Əmirov – Elmira Nəzirova “Fortepiano və orkestr üçün ərəb mövzuları əsasında konsert I hissə” əsərləri tələbələr tərəfindən ifa olunmuşdur.Baba Vəziroğlunun “Azərbaycan” şeirini Respublika müsabiqəsi laureatı II kurs tələbəsi İradə Məmmədova səsləndirdi.Konsert proqramında Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndirilib.Konsert tamaşaçılar tərəfindən gurultulu alqışlarla sonlandi.

Rəşid Behbudov adına Azərbaycan Mahnı Teatrında keçirilən konsertdə Vaqif Mustafazadənin “Yollar”, Tofiq Quliyevin “Məhəbbət çırağı”, “Zibeydə”, “Vals”, Cahangir Cahangirovun “Cənnətim Qarabağ” əsərləri tələbələr tərəfindən ifa olunub.

Konsert proqramında tələbələr Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini ifa ediblər.