Almatıda XİN rəhbərlərinin görüşü keçirilir – Videobackend

Almatıda XİN rəhbərlərinin görüşü keçirilir – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında görüş başlayıb.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsi üzrə danışıqların növbəti raundu Dostluq Evində baş tutur. Məhz bu binada 1991-ci il Alma-Ata Bəyannaməsi imzalanıb.

C.Bayramov və A.Mirzoyanı Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu qarşılayıb.

Tərəflər daha sonra mətbuata açıqlama verəcəklər.

Xatırladaq ki, Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov açıqlamasında ölkəsinin danışıqlarda vasitəçi olmadığını bildirmişdi: “Almatıda keçiriləcək danışıqlar sırf Azərbaycanla Ermənistan arasında baş tutacaq. Burada Qazaxıstanın vasitəçiliyindən söhbət getmir”.