Rusiyaya qarşı sanksiyaların ləğv ediləcəyi vaxt açıqlandıbackend

Rusiyaya qarşı sanksiyaların ləğv ediləcəyi vaxt açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Rusiyaya qarşı sanksiyaları Moskvanın Donbasdan qüvvələrini çıxaracağı və Krımın nəzarətini Kiyevə verəcəyi vaxt ləğv edəcək.

TİA.AZ  TASS agentliyinə istinadla xəbər verir ki, bu sözləri ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli deyib.

O bildirib ki, ABŞ Fransa, Almaniya və Ukrayna ilə birlikdə Ukraynanın şərqində sülhün bərpası imkanları üzərində işləyiblər.

“Eyni zamanda, Rusiya real əməkdaşlıqdan imtina edib və bizim cəhdlərimiz yanvardan başlayaraq dayanıb”, – Heyli qeyd edib.

Avropa Birliyi, ABŞ və bir sıra ölkələr Krımın Rusiyaya birləşdirilməsi, Ukraynanın şərqindəki münaqişə ilə bağlı 2014-cü ildən başlayaraq, Rusiyaya qarşı sanksiyalar tətbiq edir.