Rusiyanın Novosibirsk vilayətində sürücü azyaşlı uşağı vuraraq hadisə yerindən uzaqlaşıb.
TİA.AZ Rusiya mediasına istinadən xəbər verir ki, hadisənin görüntüləri sosial mediada paylaşılıb.
Görüntülərdən sürücünün azyaşlını avtomobillə vuraraq üzərindən keçdiyini görmək mümkündür. Sürücü bunun ardınca avtomobildən düşərək uşağın yanına getsə də, onu köməksiz qoyaraq hadisə yerini tərk edib.
Daha sonradan azyaşlı uşağı vuran şəxsin 67 yaşlı rusiyalı deputat Sergey Mamontov olduğu məlum olub. Hadisədən bir müddət sonra deputat polis bölməsinə gedərək məsələ barədə məlumat verib.
Boqdan adlı 6 yaşlı uşağın isə hazırda ağır vəziyyətdə xəstəxanada olduğu bildirilir.
Əsəbi zəif olanların videoya baxması məsləhət görülmür.