Rusiyada təhlükə böyüyür – gənə dişləmələrinin sayı 130 min oldubackend

Rusiyada təhlükə böyüyür – gənə dişləmələrinin sayı 130 min oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada son iki ay ərzində gənə dişləmələri səbəbindən həkimə müraciət edənlərin sayı 130 minə çatıb.

Trend-in məlumatına görə, martın 15-dən aparılan monitorinq nəticəsində mayın 18-ə qədər olan məlumata görə, 129 min 845 nəfər gənə dişləmələri səbəbilə həkimə müraciət edib ki, onlardan 36 mini uşaqlardır.

Ən çox gənə dişləmələri Sverdlovsk, Kemerovsk, Voloqda, İrkutsk, Sankt-Peterburqda qeydə alınıb.

Hazırda 23 nəfər kəskin ensefailt virusu, 250 nəfər isə borrelioz virusu ilə xəstəxana şəraitində müalicə alır.