Rus təyyarəsinin vurulması iki ölkəni üz-üzə qoydu-gərginlikbackend

Rus təyyarəsinin vurulması iki ölkəni üz-üzə qoydu-gərginlik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya İsrailin bu təxribatçı hərəkətinə düşmənçilik  kimi baxır və  buna  adekvat cavab vermək hüququnu özündə saxlayır”

Rusiyanın İl-20 radioelektron kəşfiyyat və mübarizə təyyarəsi sentyabrın 17-də axşam Suriyadakı Hmeymim aviabazası rayonunda radarlardan “itib”. Rusiya Müdafiə Nazirliyi bildirir ki, təyyarə İsrail qırıcılarının Latakiyə əyalətində Suriyaya aid obyektlərə raket zərbələri endirdiyi bir vaxtda radarlardan itib. Həmin vaxt təyyarə Aralıq dənizi akvatoriyası üzərində uçurmuş. Fövqəladə vəziyyət təyyarənin sahildən 35 kilometr məsafədəki Hmeymim aviabazasına qayıtması zamanı baş verib. Rusiya Müdafiə Nazirliyinin verdiyi məlumata görə, təyyarənin göyərtəsində olan 15 hərbçinin hamısı həlak olub. Rusiya Müdafiə Nazirliyinin axtarış qrupu Aralıq dənizində İL-20 təyyarəsinin qalıqlarını tapıb. Təyyarənin ekipajının cəsədlərinin hissələri gəmiyə qaldırılıb.

ABŞ hökumətindəki mənbə  CNN-ə bildirib ki, Rusiya kəşfiyyat təyyarəsi Suriyanın hava hücumundan müdafiə sistemləri tərəfindən vurula bilərdi. Belə ki, İsrail aviasiyasının Latakiyə rayonuna zərbələr endirdiyi vaxt Suriyanın hava hücumundan müdafiə sistemləri bu hücumu dəf etməyə çalışıb. Telekanala məlumat verən digər mənbə də təyyarənin itdiyi vaxtda İsrailin Suriya ərazisinə hava reydi həyata keçirdiyini bildirib.

Rusiya kəşfiyyat təyyarəsi ile ilgili görsel sonucu

Tezliklə ABŞ-ın məlumatı təsdiqlənib. Belə məlum olub ki, Suriya hərbçiləri İsrail aviasiyasının Latakiya vilayətinə olan hücumunun qarşısını almaq istərkən təsadüfən içərisində 15 rusiyalı hərbçinin olduğu rus təyyarəsini vurublar. Rusiya təyyarəsi məhz bir neçə il öncə Kremlin suriyalılara satdığı hava hücumundan müdafiə sistemi ilə məhv edilib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, İsrail Suriya ərazisinə  raket zərbəsi endirməyi  planlaşdırdığı haqda  Rusiya tərəfini bir dəqiqə qalmış  xəbərdar edib. Nəticədə İl-20 hərbi təyyarəsi təhlükəsiz zonaya çıxmağa macal tapmayıb. “İsrailin Aviasiya İdarəsi və F-16 təyyarələrinin pilotları Rusiya təyyarəsini görməyə bilməzdilər. Belə ki, Rusiya təyyarəsi  5 km hündürlükdə enişə hazırlaşırdı. Bununla belə, onlar bu təxribata bilərəkdən gedərək, Rusiya təyyarəsinin vurulmasına nail olublar” – deyə brifinqdə Rusiya  Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov  bildirib.(azpolitika)

“Rusiya İsrailin bu təxribatçı hərəkətinə düşmənçilik  kimi baxır və  buna  adekvat cavab vermək hüququnu özündə saxlayır”- deyə general-mayor sərt bəyanat verib.

Rusiya Müdafiə Nazirliyi bəyan edib ki,  İsrail hərbçiləri özlərini çox  məsuliyyətsiz aparıblar. “Bu isə Rusiya- İsrail  tərəfdaşlıq ruhuna cavab vermir”,  deyə  general-mayor İqor Konaşenkov əlavə edib.

Rusiya XİN ile ilgili görsel sonucu

Rusiyanın müdafiə naziri Sergey Şoyqu da təyyarə olayına görə rəsmən İsraili günahlandırıb. Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu haqda Şoyqu İsrail müdafiə naziri Aviqdor Libermanla telefon danışığı zamanı bildirib. Sergey Şoyqunun sözlərinə görə, Rusiya Müdafiə Nazirliyi dəfələrlə müxtəlif kanallarla İsrail ordusunu Suriyaya zərbələrdən çəkinməyə çağırmışdı. O, habelə qeyd edib ki, Moskva İsrailə münasibətdə sonrakı addımlar barədə hüququnu özündə saxlayır.

İsrail səfirliyindən isə Rusiyanın bu bəyanatını  şərh etməkdən imtina ediblər. “Şərhsiz”, səfirliyin mətbuat attaşesi Aleks Qandler “Ria Novostiyə” bildirib. Günün ikinci yarısında isə İsrailin Moskvadakı səfiri Suriyada Rusiyaya məxsus İl-20 təyyarəsinin vurulması ilə bağlı Xarici İşlər Nazirliyinə çağırılıb.

“Vəziyyətlə əlaqədar olaraq, İsrail səfiri XİN-ə çağırılıb”, – deyə, nazirlikdən bildirilib.