Ramazan ayının 18-ci gününün duası – İmsak və iftar vaxtıbackend

Ramazan ayının 18-ci gününün duası – İmsak və iftar vaxtı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Sabah Ramazan ayının 18-ci günüdür.
Tribunainfo.az xəbər verir ki, sabah imsak vaxtı saat 05:04, iftar isə 19:15-dədir.
İmsak duası:
“Allahummə nəbbihni fihi libərəkati əsharih. Və nəvvir fihi qəlbi biziyai ənvarih. Və xuz bikulli ə-zai ilət-tibai asarih. Bi-nurikə ya münəvvirə qulubil-arifin”.
Tərcüməsi:
“İlahi, bu gün məni səhərlərin bərəkəti ilə oyat! Qəlbimi bu səhərlərin ziyası ilə işıqlat! Bədən üzvlərimi bu günün təsirinə tabe olmağa yönəlt! Nuruna and verirəm, ey ariflərin qəlbini nurlandıran Allah”.
İftar duası:
“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”
Tərcüməsi:
“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”
Allah orucunuzu qəbul etsin!