QURU SƏRHƏDLƏRİNİN BAĞLI OLMASI, VİZA PROBLEMİ… XARİCİ TURİSTLƏR AZƏRBAYCANA NİYƏ GƏLMİR?backend

QURU SƏRHƏDLƏRİNİN BAĞLI OLMASI, VİZA PROBLEMİ… XARİCİ TURİSTLƏR AZƏRBAYCANA NİYƏ GƏLMİR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa və digər ölkələrdən Türkiyəyə səyahətə gələn turistlərin növbəti gedəcəyi ölkə ya Gürcüstan olur, ya da Ermənistan. Regionun lider ölkəsi kimi ad çıxarsaq da, çox təəssüf ki, xarici turistlər Azərbaycana gəlməyə üstünlük vermirlər.

Tribunainfo.az yazır ki, hətta Türkiyə, Gürcüstan və Ermənistanda bir neçə dəfə olan xarici turistlər belə Azərbaycandan çox digər Qafqaz ölkələrinə təkrar səfər etməyə daha çox üstünlük verirlər.
Turistlər bunu viza ile bağlı üzləşdikləri çətinliklər və quru sərhədlərinin hələ də bağlı olması ilə əlaqələndirirlər. Çünki Avropalı turistlər təyyarə ilə deyil, bir neçə ölkəni gəzərək, velosipedlə və ya şəxsi avtomobilləri ilə gəzməyi daha çox sevirlər. Quru sərhədlərinin bağlı olması bu cür istirahətə və səfərə üstünlük verən avropalılar üçün problem yaradır. Həmçinin rahatlığa adət etmiş avropalı turist üçün çətin əldə edilən viza da əlavə problemdir. Bütün bu səbəblər bölgəyə səfər edən turistlərin Azərbaycandan yan keçməsinə səbəb olur.
Həmçinin Türkiyədə, Gürcüstanda yaşayan azərbaycanlı vətəndaşlar bildirir ki, avropalı turistlərin Azərbaycanla bağlı məlumatları Qarabağ konflikti ilə məhdudlaşır. Azərbaycanla bağlı o qədər diqqətçəkən, cəlbedici məlumatlara sahib olmamaları turistlərin bura gəlişinə əngəldir.