Paşinyan Bakı və Ankara ilə münasibətlərini normallaşdırmasa… – Politoloqbackend

Paşinyan Bakı və Ankara ilə münasibətlərini normallaşdırmasa… – Politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sülhdən və əməkdaşlıqdan danışan Paşinyan radikalların əl-ayağını yığışdırmalı, kilsəyə yerini göstərməlidir ki, gələcək sülh və əməkdaşlığa təhlükə yaranmasın. Ermənistan hökuməti və polisi Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasına seyrçi qalmaqda davam edəcəksə, Paşinyanın çox arzuladığı sülhə təhlükə yaranacaq.

Tribunainfo.az yazır ki, bu fikirlərlə çıxış edən politoloq Elxan Şahinoğlunun fikrincə, erməni lobbisi və Ermənistandakı radikallar Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasının əleyhinədir:

“Ermənistandakı radikallar “soyqırım” gününü qeyd edir, Ağ Ev sahibi Cozef Baydenin dəstək açıqlamasına sevinir, erməni lobbisi isə Konqresdən Azərbaycan əleyhinə sənədin qəbuluna çalışır. Heç birinin də onlara xeyri, faydası yoxdur. Bunlar keçici olsa da, İrəvanda Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasını unutmayacağıq. Ermənistanın baş naziri Nikol Paşinyan reallıqdan çıxış edərək “soyqırım” üzərindən siyasətin yanlış olduğunu və bunun qonşularla münasibətlərinə mənfi təsirindən danışır. Buna rəğmən, baş nazir polisinə iki dövlətin bayrağının yandırılmasına mane olması əmrini vermir.
Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan artıq neçənci dəfədir ki, Ermənistan hökumətinə və ermənilərə mesaj göndərərək bildirib ki, Errmənistanda yaşayanlar xaricdəki erməni lobbisinin alətinə çevrilməsinlər. Erməni lobbisini Ermənistan və bu ölkədə yaşayan ermənilərin taleyi maraqlandırmır. Nikol Paşinyan ölkəsi üçün Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasının vacibliyini anlasa da, bunu ermənilərin tamamı haqqında söyləmək mümkün deyil. Erməni lobbisi və Ermənistandakı radikallar Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasının əleyhinədirlər. Bunlar anlamırlar ki, Ermənistan iki böyük qonşusu – Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmadan nə təhlükəsizilik məsələrini həll edə, nə də inkişaf edə biləcəklər. Deməli erməni lobbisinə və radikallara Ermənistanın təhlükəsizliyi və inkişafı lazım deyil”.

Nigar